"Qələbə qazana bilərdik, lakin alınmadı. Hakimlərin qərarları Kosovoya tərəf idi. Bu da bizə çətinliklər yaradırdı"
“Qələbə qazanmağı çox istəyirdik”. Matc.az xəbər verir ki, bunu kişilərdən ibarət basketbol üzrə Azərbaycan yığmasının çalışdırıcısı Tahir Baxşıyev deyib.
O, səfərdə Kosovoya 79:81 hesabı ilə uduzduqları dünya çempionatının Avropa zonası üzrə seçmə oyunundan sonra fikirlərini bildirib.
Baxşıyev hakimlikdən narazılığını səsləndirib: “Oyundan əvvəl şansların 50/50-yə olduğunu demişdim. Komandamız sonadək döyüşdü. Qələbə qazana bilərdik, lakin alınmadı. Hakimlərin qərarları Kosovoya tərəf idi. Bu da bizə çətinliklər yaradırdı. İstənilən halda, uşaqların yaxşı oynadığı qənaətindəyəm”.
Millimizin seçmə mərhələdə son görüşü fevralın 23-də Bakıda İrlandiyaya qarşı olacaq.