Qadın voleybolçular arasında Yüksək Liqada XIII turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Milli Aviasiya Akademiyası”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Eyni məkanda baş tutan ikinci oyunda qalib tay-brekdə müəyyən olunub. “Gəncə” klubu “Murov Az Terminal”ı 3:2 hesabı ilə məğlub edib.

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “AZERRAIL” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa
27 fevral
XIII tur

“Milli Aviasiya Akademiyası” - “Abşeron” 3:0 (25:21, 25:22, 25:23)

UNEC - “AZERRAIL” 0:3 (14:25, 18:25, 15:25)

“Murov Az Terminal” - “Gəncə” 2:3 (15:25, 25:19, 23:25, 25:16, 13:15)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest