Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin mart ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Maqomedov 124.32 xalla ikinci pillədə yer alıb. Avropa çempionunun mövqeyində dəyişiklik baş verməyib.

Qeyd edək ki, Qaşımın Paris-2024-ün finalında uduzduğu Park Taejoon (Cənubi Koreya) isə siyahıda birinci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest