Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

Matc.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu qərar "Səbail"in bu gün Misli Premyer Liqasının 27-ci turunda "Neftçi"yə məğlubiyyətindən (1:2) sonra verilib.

"Səbail" hazırda Premyer Liqada 18 xalla sonuncu yeri tutur və mövsümün sonu yüksək liqanı tərk etməyə əsas namizəddir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest