"Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram".
"Turan Tovuz" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində doğma meydanda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir.
- Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?
- Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.
- Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?
- Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsız?
- Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.
- Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?
- Hələ baxarıq. Qarşıda bir dövrə var.