Türkiyə çempionatının 28-ci turunda "Fənərbağça" evdə "Samsunspor"la qolsuz heç-heçə edib. Matc.az xəbər verir ki, oyundan sonra İstanbul klubunun baş məşqçisi Joze Mourinyo xal itkisini şərh edib.

O, çempionluq şanslarının hələ də qaldığını bildirib: “Oyunçularımda yorğunluq var idi. Bu səbəbdən ikinci hissənin əvvəlində bir sıra dəyişikliklər etdim. İki gün öncə 120 dəqiqə oynayan futbolçuların bu gün meydanda olması asan deyildi. Xal itirdik. Ancaq bu heç-heçə heç nəyi dəyişmir. Çempionluq şansımız qalmaqdadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest