2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb.

Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz”la keçirilən matç “Sumqayıt” üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “kimyaçılar” Premyer Liqada 400-cü qolu vurublar.

Bu barədə məlumat Peşəkar Futbol Liqasının saytında yayılıb.

2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub. Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı ilk qolunu 2011/12 mövsümündə Eşqin Quliyev vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest