18 Mart 2025, 09:10
FUTBOL
“Betis” La Liqanın XXVIII turunda “Leqanes”i 3:2 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, qələbə komandanın baş məşqçisi Manuel Pelleqrini üçün rekord xarakteri daşıyır.
Bu, onu “Betis” tarixində La Liqada ən çox qalibiyyət qazanan məşqçi edib. Pelleqrini 180 oyunda 79 qələbə qazanıb ki, əvvəlki rekordçu Lorenzo Serra Ferrerini (198 matçda 78 qələbə) geridə qoyub.
Qeyd edək ki, “Betis” hazırda 44 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.