Tanınmış hücumçu Kevin Qameyro karyerasını başa vurub. Matc.az xəbər verir ki, bunu 37 yaşlı forvard özü açıqlayıb.

Fransa millisinin sabiq üzvü “Strasbur”un yetirməsidi. O, karyerası ərzində “Loryan”, PSJ, “Sevilya”, “Atletiko” və “Valensiya” kimi klublarda çıxış edib.

Qameyro Fransa çempionu olub, İspaniya Kubokunu qazanıb və 4 dəfə Avropa Liqasının qalibi olub. 2010-2017-ci illərdə Fransa millisinə çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest