“Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutu ilə yolları ayıran “Petrolul” klubu özünə dərhal yeni baş məşqçi tapıb. Matc.az xəbər verir ki, Rumıniya təmsilçisi Mehmet Topal ilə razılığa gəlib.

Türkiyəli mütəxəssis Ploeşti klubu üçün yad sima deyil. Belə ki, Topal “Petrolul”un baş məşqçisi postundan dekabrda ayrılmışdı. Onunla imzalanan yeni sözləşmənin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Topalın əvəzlədiyi Adrian Mutu 2023-cü ildə “Neftçi”ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest