18 Mart 2025, 17:22
FUTBOL
Tərəflər arasında 3 illik müqaviləyə qol çəkilib.
Keçən ilin yayında “Qarabağ”dan ayrılaraq Yunanıstanın “Panserraikos” komandası ilə anlaşan Luka Quqeşaşvili cari mövsümün sonunda yenidən iş yerini dəyişəcək. Matc.az xəbər verir ki, gürcüstanlı qapıçı digər yunan klubu PAOK ilə anlaşıb.
Tərəflər arasında 3 illik müqaviləyə qol çəkilib. Ancaq Luka yeni komandasının düşərgəsinə yayda qoşulacaq.
PAOK 25 yaşlı qolkiperə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.