"Mançester Yunayted" ümid edir ki, yayda yeni transferlərə sərmayə qoymaq imkanı əldə edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı X sosial şəbəkəsində jurnalist Florian Plettenberq paylaşıb.

Bildirilir ki, "qırmızı şeytanlar" klubun büdcəsini müdafiəçi Viktor Lindelof, yarımmüdafiəçilər Kazemiro, Kristian Eriksen və Kobbi Mainanın potensial satışı hesabına doldura biləcəyinə inanırlar.

Hücumçular Markus Reşford və Entonin də transfer ehtimalı var ki, bu da "Mançester Yunayted"ə əlavə gəlir əldə etməyə kömək edəcək. Reşford hazırda "Aston Villa"da, Antoni isə "Betis"də icarədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest