19 Mart 2025, 09:34
FUTBOL
"Barselona"nın futbolçusu Lamin Yamal açıqlama verib. Matc.az xəbər verir ki, o, Çempionlar Liqasının qalibi olacaqlarına inandığını söyləyib.
Yamal “Barselona”nı ÇL-in əsas favoriti adlandırıb: “Liverpul" artıq turnirdən kənardadı. İlkin favoritlər onlarla biz idik. “Liverpul”dan fərqli, biz buradayıq. Heç kəsdən çəkinmirik. Çempionlar Liqasını qazana bilərik".
Qeyd edək ki, "Barselona" ÇL-in 1/4 finalında Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.