Yayda təkcə "Arsenal"ın maraq dairəsində olan Darvin Nunes deyil, Luis Dias da "Liverpul"u tərk edə bilər.

Matc.az xəbər verir ki, bu bərədə məlumatı "El Mundo Deportivo" paylaşıb.

Baş məşqçi Arne Slot, təklif kluba və futbolçunun özünə uyğun gələrsə, 28 yaşlı kolumbiyalının transferinə razılıq verəcək.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 70 milyon avroya yaxındır və onun mersisaydlılarla anlaşması 2027-ci ilin yayına kimi hesablanıb.

Bu mövsüm Dias "Liverpul"un heyətində bütün turnirlərdə 42 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest