21 Mart 2025, 18:24
FUTBOL
"Mançester Siti" bu yay "Milan"ın 26 yaşlı yarımmüdafiəçisi Teyani Reyndersi transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, niderlandlı futbolçu Mançester klubunun yay transfer pəncərəsi üçün prioritet hədəflərindən biridir. İngilis nəhənginin Reyndersin alınması üçün "Milan"a 60 milyon avro ödəməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 42 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Reyndersin klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.