"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland ingilis komandasının bu mövsümdəki problemləri ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, o, indi milli barədə dünməli olduğunu deyib:

"Mən indi milli komandada oynayıram və "Mançester Siti" haqda düşünməyimin mənası yoxdur. Yalnız onu deyə bilərəm ki, biz irəli getməliyik. Bəhanə gətirməyin mənası yoxdur, biz hərəkətə keçməliyik".

Qeyd edək ki, 17 yanvar 2025-ci ildə Mançester Siti Haalandın müqaviləsini uzaddığını elan edib. Norveçli hücumçu 2022-ci ilin yayından etibarən Mançester klubunda çıxış edir. O, "Siti"nin heyətində Premyer Liqada 93 oyun keçirib, 83 qol vurub və 15 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest