22 Mart 2025, 19:20
FUTBOL
İtaliyanın "Roma" komandasının futbolçusu Mats Hummels cari mövsümün sonunda klubu tərk edəcək.
Matc.az verir ki, paytaxt təmsilçisinin rəhbərliyi heyəti yeniləmək niyyətindədir. Bu səbəbdən 36 yaşlı almaniyalı müdafiəçiyə yeni müqavilə təklif edilməyəcək.
Qeyd edək ki, Mats Hummels Dortmund "Borussiya"sından ötən yay ayrılaraq azad agent kimi "Roma"ya keçib.