İngiltərənin "Tottenhem" klubu yay "transfer pəncərəsi"ndə İtaliyanın "İnter" klubunun planlarını poza bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Repubblica" paylaşıb.
İngilis klubu klubu "İnter"in də maraq dairəsində olan "Latsio"dan danimarkalı vinger Qustav İsakseni almaqda maraqlıdır.
"Tottenhem" bu transferdə "İnter" üzərində üstünlüyü var. Belə ki, romalılar oyunçunun satışından 40 milyon avroya yaxın bir məbləğ almağı planlaşdırırlar ki, bu da Premyer Liqa klubu üçün kifayət qədər məqbul şərtdir.
Xatırladaq ki, "Tottenhem" 2023-cü ilin yayında İtaliya A Seriyasından 4 transfer həyata keçirib. Ötən mövsüm başlamazdan əvvəl isə komandanın heyətinə qapıçı Quqlielmo Vikario ("Empoli"), müdafiəçilər Destini Udoji ("Udineze") və Radu Draquşin ("Cenoa"), eləcə də cinah hücumçusu Deyan Kuluşevski qoşulub.