Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma İtaliyanın "İnter"inə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Bildirilir ki, İtaliya millisinin qapıçısı sabiq baş məşqçisi Canluka Spinelli klubun strukturunda çalışdığı üçün "İnter"in təklifi ilə razılaşa bilər. "İnter" cari mövsümün sonunda Canluici Donnarumma ilə danışıqlara başlaya biləcəyi qeyd edilir.

Xatırladaq ki, Donnarumma əvvəllər "İnter"in əsas rəqibi olan "Milan"da çıxış edib.

Canluici bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyun keçirib, 29 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Qapıçının klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında 26 yaşlı futbolçunun bazar dəyəri 35 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest