Bu gün Azərbaycan II Liqasında 18-ci tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

"Şahdağ Qusar" və "Şəfa" evdə, "Şəki Siti" isə səfərdə qələbə qazanıb.

Qeyd edək ki, turun digər oyunları isə sabah keçiriləcək.

II Liqa
18-ci tur
23 mart (bazar)

"Şahdağ Qusar" – "Lerik" - 3:0
Qollar: : Xəqani Sadıxov, 58; Samir Qurbanov, 67; Vüsal Hüseynov, 90+3
Şamaxı OİK stadionu

"Ağdaş""Şəki Siti" - 1:3
Qollar: Elvin İsmayılov, 21 - Revazi Otaraşvili, 10; Osman Soltanov, 24 pen; Əli
Tağızadə, 90+5
Qırmızı vərəqə: Ülvi Sarıyev, 90+3 ("Ağdaş")
Ağdaş şəhər stadionu

"Şəfa""Şəmkir" - 3:1
Qollar: Amil Yunanov, 37, 44 pen; Elvin Nəsibov, 87 - Ceyhun Rəcəbli, 41
"ASK Arena"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest