24 Mart 2025, 11:15
FUTBOL
40 yaşlı hücumçu ardıcıl 22 il millidə qol vuran yeganə oyunçu kimi tarixə düşüb.
Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo növbəti dəfə adından söz etdirib. Matc.az xəbər verir ki, 40 yaşlı hücumçu ardıcıl 22 il millidə qol vuran yeganə oyunçu kimi tarixə düşüb.
Ronaldo buna UEFA Millətlər Liqasının 1/4 finalında Danimarka ilə keçirdikləri cavab matçında nail olub. Hücumçu 72-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, əlavə vaxtadək uzanan matçda Portuqaliya yığması 5:2 hesablı qalibiyyətə sevinib.