"FİFA ilə bəzi İsveçrə federal prokurorları arasında son 10 ildə davam edən döyüş sona çatıb. Ətrafımda heç kim mənim günahkar olduğuma inanmırdı".
UEFA-nın keçmiş prezidenti Mişel Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatter dələduzluq işindən bəraət alıb.
Matc.az xəbər verir ki, Platini dələduzluq işi ilə bağlı bəraət almasından danışıb.
"Şərəfim bərpa olundu. FİFA ilə bəzi İsveçrə federal prokurorları arasında son 10 ildə davam edən döyüş sona çatıb.
Ətrafımda heç kim mənim günahkar olduğuma inanmırdı. Bilirəm ki, bu iş mənim FİFA prezidenti olmağıma mane olmaq üçün açılıb.
Düşmənlərim üçün vaxt önəmli idi, 2 milyon yox. Məni 10 il işdən uzaqlaşdırdılar".
Xatırladaq ki, 2021-ci ilin noyabrında Blatter və Platini dələduzluq, vəsaitlərin mənimsənilməsi, səriştəsiz idarəetmə və sənədlərin saxtalaşdırılmasında ittiham olunub. Araşdırmaya FİFA büdcəsindən UEFA-ya 2,3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda prokurorluq Blatter və Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.