“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne ABŞ-a köçə bilər. Matc.az xəbər verir ki, “San-Dieqo” ulduz futbolçu ilə müqavilə imzalamaq niyyətindədi.

Mövsümün sonunda azad agentə çevriləcək belçikalı ilə artıq danışıqlar aparılır. Klubun idman direktoru Tayler Hips bu danışıqları təsdiqləsə də, transferin baş tutub-tutmayacağı hələ dəqiq deyil. 33 yaşlı pleymeykerin başqa təklifləri də var.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest