"Milli komandaya dəvət olunarkən özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə mənim üçün daha çox maraqlı oldu. Milli forması ilə ilk matçıma çıxdığım üçün çox sevincliyəm".

“Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin debütantı Şahin Şahniyarov deyib.

Belarusla yoldaşlıq görüşündə start heyətində meydana çıxan və 62 dəqiqə mübarizə aparan gənc yarımmüdafiəçi debütünü dəyərləndirib.

O, klubu “Qəbələ”nin mətbuat xidmətinə açıqlamasında millinin daimi üzvünə çevrilməyə çalışacağını söyləyib: “Milli komandaya dəvət olunarkən özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə mənim üçün daha çox maraqlı oldu. Milli forması ilə ilk matçıma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, milli komandanın heyətində və oyunlarda mütəmadi olaraq yer alacağam”.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmalarının görüşündə qonaqlar 2:0 hesablı qələbə qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest