"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold tezliklə "Real" futbolçusu ola bilər.

Matc.az xəbər verir ki, Madrid klubunun yay "transfer pəncərəsi"ndə futbolçunun keçidi ilə bağlı razılığa gəlib.

Xəbər "Liverpul" azarkeşlərinin mənfi reaksiyası ilə qarşılanıb. İngiltərə komandasının azarkeşlərindən biri sosial şəbəkələrdə futbolçunun adı və 66 nömrəli formasını yandırdığı video paylaşıb.

Xatırladaq ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir və 2016-cı ilin yayından əsas heyətdə çıxış edir. İngilis futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Bu o deməkdir ki, futbolçu bu ilin yanvar ayından etibarən istənilən klubla pulsuz yay transferi ilə bağlı danışıqlar aparmaq hüququna malikdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest