26 Mart 2025, 19:41
FUTBOL
"Barselona" Ansu Fati ilə müqavilənin müddətini uzada bilər.
Matc.az xəbər verir ki, klub hücumçu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.
Bu anlaşma onun maaşının daha uzun müddət ərzində verilməsinə imkan yaradacaq və bununla da yay transfer pəncərəsi ərəfəsində maliyyə feyr-pleyinə daha yaxşı riayət olunmasını təmin etmək üçün büdcəyə düşən yükü azaldacaq.
Qeyd edək ki, futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.