Fransa millisi və "Milan"ın və qapıçısı Mayk Menyan komandası UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, yayda klubu tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" paylaşıb.

Bildirilir ki, bu halda fransalı 2026-cı ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcək. 29 yaşlı qolkiperlə "Çelsi" maraqlanır.

Fransız futbolçu ilə "Çelsi"dən başqa "Aston Villa"nın da maraqlandığı qeyd edilir. Transfer məbləği 40 milyon avro ola bilər.

Qeyd edək ki, çempionatın bitməsinə 9 tur qalmış "Milan" 47 xalla A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. Çempionlar Liqası zonası ilə fərq 6 xaldır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest