27 Mart 2025, 19:35
FUTBOL
İngiltərənin "Nyukasl" klubu "Fiorentina"nın hücumçusu Moyse Kinin transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
İtaliyalı hücumçu yayda "Nyukasl"ı tərk edə biləcək forvard Aleksandr İsakın potensial əvəzedicisi kimi görünür. İsveçli futbolçu İngiltərənin "Arsenal" və "Çelsi" klublarının da maraq dairəsindədir.
Kinin "Fiorentina" ilə müqaviləsində 52 milyon avroluq satınalma maddəsi var və "Nyukasl" bu bəndi işə salmaq niyyətindədir.
Qeyd edək ki, Moyse Kin cari mövsüm başlamazdan əvvəl 13 milyon avroya "Yuventus"dan "Fiorentina"ya keçib. Kin yeni klubunda 34 matçda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.