"Çelsi"nin futbolçusu Karni Çukvuemeka karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Borussiya" İngiltərə U-21 millisinin üzvünün keçidini həll edib. Dortmund təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün "Çelsi"yə 25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Karni Çukvuemeka ötən mövsümün ikinci yarısında icarə əsasında "Borussiya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest