Futbolçuların transfer dəyərinin qiymətləndirilməsi ilə məşğul olan "Transfermarkt" portalı Almaniya çempionatında qiymətləri yeniləyib.

Matc.az xəbər verir ki, Bundesliqada yeni nəticələrə görə, ən bahalı oyunçuları arasında "RB Leypsiq"in hücumçusu Benjamin Şeşko və Frankfurt "Ayntraxt"ının hücumçusu Uqo Ekitike yer alıb.

Hər iki oyunçunun dəyəri 15 milyon avro artıb. "RB Leypsiq"in oyunçusunun yeni transfer dəyəri indi 65 milyon avrodur. Bu rəqəm Şeşkoya Bundesliqanın ən bahalı futbolçuları reytinqində altıncı yerə yüksəlməyə imkan verib. Ekitike səkkizinci yerə yüksəlib və 55 milyon avro dəyərində qiymətləndirilir.

Bundesliqanın ən bahalı 8 oyunçusu:

1. Florian Virtz ("Bayer") - 140 milyon avro
2. Camal Musiala ("Bavariya") - 140 milyon avro
3. Harri Keyn ("Bavariya") - 90 milyon avro
4. Maykl Olise ("Bavariya") - 80 milyon avro (+15 milyon avro)
5. Xavi Simons Xaip ("RB Leypsiq") - 70 milyon avro (-10 milyon avro)
6. Benjamin Sesko ("RB Leypsiq") - 65 milyon avro (+ 15 milyon avro)
7. Lua Openda ("RB Leypsiq") - 60 milyon avro
8. Hugo Ekitike ("Ayntraxt") - 55 milyon avro (+ 15 milyon avro)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest