Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, bu gün baş tutan XVII tur çərçivəsində Sumqayıt OİK-də "Gənclər" komandası "AZERRAIL"lə, FHN-nin idman zalında "Xilasedici" MOİK-lə, GİN-nin Voleybol Mərkəzində isə "Neftçi" klubu "Murov Az Terminal"la üz-üzə gəlib.

"AZERRAIL" və "Xilasedici" komandaları 3:0, "Murov Az Terminal" klubu isə 3:1 hesabı ilə qələbə qazanıblar.

Yüksək Liqa
28 mart
XVII tur

"Xilasedici" – MOİK - 3:0 (27:25, 25:15, 25:15)

"Gənclər" – "AZERRAIL" - 0:3 (23:25, 14:25, 13:25)

"Neftçi" – "Murov Az Terminal" - 1:3 (20:25, 27:29, 27:25, 16:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest