04 Aprel 2025, 09:53
TOP OYUNLARI
Əvvəlcə saat 16:00-da “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Bundan iki saat sonra – 18:00-da “Azərreyl” - UNEC qarşılaşması reallaşacaq.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 18-ci tura start veriləcək. Matc.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
Əvvəlcə saat 16:00-da “Abşeron”la “Milli Aviasiya Akademiyası” üz-üzə gələcək. Bundan iki saat sonra – 18:00-da “Azərreyl” - UNEC qarşılaşması reallaşacaq. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulacaq.