Azərbaycanın kişilərdən ibarət cüdo millisi Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Məşqlər aprelin 7-dən 12-dək Tata şəhərindəki Olimpiya Təlim Düşərgəsində reallaşacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək keçiriləcək. Yarışda Azərbaycanı 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest