Voleybolçumuz Ayşən Abduləzimova yenidən Macarıstan çempionatının finalında mübarizə aparacaq. Matc.az xəbər verir ki, Ayşənin formasını geyindiyi və kapitanı olduğu “Vaşaş” yarımfinal seriyasında “Kapoşvar”dan güclü olub.

Abduləzimovanın 10 xal topladığı dördüncü matda “Vaşaş” hər üç seti qalib bitirib.

Ümumilikdə 3:1 hesabı ilə üstünlük qazanan kollektiv finalda “Bekeşçaboy” - “Niregihaza” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest