Türkiyə Superliqasında XXXI tura start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider "Qalatasaray" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Samsunspor"un qonağı olub. İstanbul təmsilçisi iki cavabsız qolla çempionluq yolunda vacib qələbə qazanıb.

Qeyd edək ki, tura 14 apreldə yekun vurulacaq.

Türkiyə Superliqası
XXXI tur
11 aprel

"Samsunspor" – "Qalatasaray" – 0:2
Qollar:
Akgün, 14, Osimhen, 47

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest