Komandamız qrup liderliyini və qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya millisi ilə qarşılaşacaq.

Azərbaycan futzal yığması AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxır. 

Matc.az xəbər verir ki, komandamız qrup liderliyini və qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya millisi ilə qarşılaşacaq. Oyun saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan – Xorvatiya
15 aprel. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Yianqos Yianqou,  Nikolas Nikolaou, Theoçaris Theoçarous (Kipr)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest