Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında "Milli Aviasiya Akademiyası" və "AZERRAIL" komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu matçda “AZERRAIL”in 3:2 hesablı qələbəsi qeydə alınıb.
Bu gün qadın voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib.
Matc.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya "Abşeron" və "Gəncə" komandaları çıxıblar. Oyun ilkin mərhələnin lideri "Abşeron" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinal mərhələsinin növbəti qarşılaşmasında "Milli Aviasiya Akademiyası" və "AZERRAIL" komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu matçda “AZERRAIL”in 3:2 hesablı qələbəsi qeydə alınıb.
Beləliklə, "Abşeron" və "AZERRAIL" klubları yarımfinalda ilk qələbələrini qazanıblar. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək. Reqlamentə əsasən yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.
Yüksək Liqa
Yarımfinal, ilk oyunlar
15 aprel
"Abşeron" – "Gəncə" - 3:1 (23:25, 25:18, 25:13, 25:18)
"Milli Aviasiya Akademiyası" – "AZERRAIL" - 2:3 (12:25, 31:29, 21:25, 25:19, 14:16)




