"Vest Hem"in futbolçusu Məhəmməd Kudus karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, qanalı vingerə Asiya ölkəsindən sərfəli təkliflər var. Bu barədə "TBR Football" məlumat yayıb.

Kudus təkliflərə müsbət yanaşmaq niyyətindədir. "Vest Hem" də 24 yaşlı oyunçunu satmağın əleyhinə deyil. London klubu 100 milyon avroluq təklif gəlsə, futbolçusunu satacaq.

Qeyd edək ki, "Vest Hem" Məhəmməd Kudusu 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 29 oyun keçirib və 3 qol, 3 assistlik performans göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest