AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Zaqatala” ilə oyunun 17-ci dəqiqəsində “Baku Sporting”in 1 nömrəli oyunçusu Cəfər Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 100 manat cərimələnib.
“Mingəçevir”lə oyunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” 70 manat cərimə edilib.
“İmişli” ilə oyunda “Karvan”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Yevlax klubu 80 manat cərimələnib. "Karvan" matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə isə 80 manat ziyana düşüb. Bu oyunda "İmişli"də cəriməyə məruz qalıb. Belə ki, azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə qonaqlar 150 manat cərimələnib.
Lider “Qəbələ” ilə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” də 70 manat cərimə edilib.