16 Aprel 2025, 19:14
TOP OYUNLARI
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Matc.az xəbər verir ki, "Murov Az Terminal" "Neftçi"ni 3:0, "Azərreyl" isə "Xilasedici"ni eyni hesabla məğlub edərək seriyada önə keçib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.