Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
Matc.az xəbər verir ki, "Azərreyl" və "Milli Aviasiya Akademiyası" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.
İlk yarımfinal oyununda 3:2 hesabı ilə qalib gələn "Azərreyl" ikinci oyunda eyni hesabla uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:11) üstələyən Paolo Tofolinin rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.
Digər həlledici mərhələyə vəsiqəni isə "Abşeron" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Gəncə"yə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Azərreyl" və "Abşeron" komandaları arasındakı final qarşılaşmaları aprelin 21-24 tarixlərində keçiriləcək.