22 Aprel 2025, 15:14
FUTBOL
"Barselona" oyunçusunu satmağa hazırdır. La Liqa nəhəngi 28 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.
İngiltərə Premyer Liqasının iddialı klubları "Barselona"nın futbolçusu Rafinyanı heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, "Liverpul", "Çelsi" və "Arsenal" uğurlu mövsüm keçirən braziliyalı vinger üçün mübarizə aparır. Bu barədə "TBR Football" məlumat yayıb.
"Barselona" oyunçusunu satmağa hazırdır. La Liqa nəhəngi 28 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 48 oyunda 30 qol vurub, 23 assist edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.