22 Aprel 2025, 23:32
FUTBOL
"Tottenhem" rəhbərliyi komanda Avropa Liqasını qazanaraq Çempionlar Liqasına vəsiqə əldə etsə belə, Ange Postekoqlu ilə yolları ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" paylaşıb.
Bu mövsüm londonlular üçün İngiltərə çempionatı uğursuz alınıb. Premyer Liqanın 33 turundan sonra "Tottenhem"in cəmi 37 xalı var və 16-cı yerdədir, lakin aşağı liqaya düşmək təhlükəsi yoxdur.
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının yarımfinalında Norveç təmsilçisi "Bodo-Qlimt"lə üz-üzə gələcək və finala yüksələcəyi təqdirdə "Atletik" – "Mançester Yunayted" matçının qalibi ilə qarşılaşacaq.
Postekoqlunu "Tottenhem"də "Fulhem"in portuqaliyalı məşqçisi Marko Silva və ya "Bornmut"dan Andoni İraola əvəz edə bilər.