Bu gün Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında cüdo üzrə Avropa çempionatı start götürür.

Matc.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin beş üzvü medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında -60 kq çəki dərəcəsində Əhməd Yusifov və Turan Bayramov, -66 kq çəkidə isə Ruslan Paşayev tatamiyə çıxacaq.

Qadınların yarışında Könül Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) güclərini sınayacaq.

Mötəbər turnirin görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest