2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in əfsanəvi oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" paylaşıb.
"Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb. Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinib. Basketbolçu ilk matçında cəmi 6 dəqiqə meydnda olub və xal qazana bilməyib.
Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.