"Monako"nun kapitanı Radamel Falkao mövsümün sonunda komandasını tərk edəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Liqa1-in "Nitsa" ilə bugünkü oyunu onun Knyazlıq klubunda son görüşü olacaq.

Düzdü, Kolumbiya millisinin forvardının fransızlarla müqavilə müddəti gələn ilin yayına qədərdi. Lakin onun meneceri Jorje Mendeş futbolçunun ayrılması üçün klub rəhbərliyi ilə görüşüb. Hazırda 33 yaşlı forvardın keçidində ən çox maraqlı olan komandalar "Valensiya" və "Atletiko"du.

Qeyd edək ki, Radamel Falkao 2013-cü ildən "Monako"nun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest