“Real”ın keçmiş yarımmüdafiəçisi Quti 2026-cı il “Qızıl top” mükafatına səsvermənin dürüstlüyünü şübhə altına alıb. Matc.az xəbər verir ki, Kondonda keçirilmiş mərasimdə mükafatı “Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn qazanıb.
 
“Qızıl top” mükafatının təqdimat mərasimi Londona köçürüldü... Qalib də londonlu oldu. Təsadüfdür, elə deyilmi? Sadəcə, inanılmaz təsadüf! Elə deyilmi? Hər şey əvvəldən həll olunmuşdu. Onun üzünü görəndə... O, özü də qalib gələcəyini düşünmürdü. Elə bilirdi ki, Lamin Yamal və Mbappe ondan yuxarıda olacaq” – deyə Quti bildirib.
 
Qeyd edək ki, ikinci yeri “Real”ın hücumçusu Kilian Mbappe tutub. Üçlüyü “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal tamamlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest