Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 29–31 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək. Matc.az xəbər verir ki, Azərbaycan yarışda 9 çəki dərəcəsində 11 idmançı (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.
 
Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.
 
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 60 ölkədən 400-ə cüdoçu iştirak edəcək.
 
 Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
 
Qadınlar
 
-48 kq
Könül Əliyeva
 
-52 kq
Gültac Məmmədəliyeva
 
-70 kq
Südabə Ağayeva
 
+78 kq
Madina Kaisinova
 
Kişilər
 
-60 kq
Balabəy Ağayev
 
-66 kq
Ruslan Paşayev
 
-73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
 
-90 kq
Elcan Hacıyev
 
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest