“Qızıl top” mərasimində bütün dövrlərin mükafatına namizədlər təqdim olunarkən tamaşaçılar Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu fitə basıblar. Matc.az xəbər verir ki, hadisə Londondakı “Palladium” teatrında 70-ci təqdimat mərasimi zamanı baş verib.

Canlı yayımın müəllifinin məlumatına görə, fit səsləri mərasimin fasiləsində eşidilib. Salondakı reaksiyanın səbəbi rəsmi şəkildə izah edilməyib.

Ronaldo “Qızıl top” tarixində ən çox namizəd göstərilmiş futbolçudu - 18 dəfə. O, mükafatı beş dəfə qazanıb və bu göstəriciyə görə yalnız səkkiz dəfə qalib olan Lionel Messidən geridədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest