"Bugünkü səviyyəyə çatmaq üçün çoxlu çətinliklərin öhdəsindən gəlməli olub. O, layiqli qalibdir. Əla işdir!"

“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri “Bavariya”nın və İngiltərə yığmasının forvardı Harri Keynin “Qızıl top” mükafatına layiq görülməsi barədə fikirlərini bölüşüb. Matc.az   BBC-yə istinadən xəbər verir ki, və Fransa millisinin sabiq üzvü Keynin qalib olmasını ədalətli hesab edib:

“Mən həmişə həmvətənlərimi, yəni fransızları dəstəkləyirəm, amma Harri Keyn haqqında da bir neçə söz demək istəyirəm. Onu karyerasının lap əvvəlindən tanıyıram. Bugünkü səviyyəyə çatmaq üçün  çoxlu çətinliklərin öhdəsindən gəlməli olub. O, layiqli qalibdir. Əla işdir!”

2025/2026 mövsümündə Keyn “Bavariya”nın heyətində Almaniya çempionu olub, ölkə Superkubokunu və DFB-Pokalı qazanıb. İngiltərə millisi ilə isə 2026-cı il dünya çempionatında bürünc medal əldə edib. 2025-ci ilin avqustundan 2026-cı ilin iyuluna qədər   “Bavariya” və millinin heyətində 65 oyunda 73 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest